Image

Rusiya artilleriya zərbələri endirdi: şiddətli döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Belqorod vilayətinin sərhədi yaxınlığında şiddətli döyüşlər gedir.

Gundem.az xəbər verir ki, bu barədə rusiyalı müharibə müxbiri Semyon Peqov "Telegram"da bildirib.

Məlumata görə, Demidovka və Popovka yaşayış məntəqələri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə toqquşmalar gedir.

“Ukrayna Silahlı Qüvvələri müdafiəmizə nüfuz etməyə və mövqelərini möhkəmləndirməyə cəhd etməkdə davam edir, lakin ciddi müqavimətlə üzləşir”, - deyə o bildirib.

Açıqlanan xəritəyə əsasən, Rusiya qoşunları Ukraynanın Sumı vilayətinin Maryino, Proxodı və Turya kəndlərində yerləşən Ukrayna ordusuna artilleriya zərbələri endirib.  /Publika.az

Xəbər lenti