Image

Ançelotti qovula bilər: Bu oyundan sonra

"Real"ın baş məşqçisi Karlo Ançelotti aprelin 26-da "Barselona" ilə keçiriləcək Kral Kubokunun final oyunundan sonra postunu tərk edə bilər.

Gundem.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Madrid klubunun rəhbərliyi italyalı mütəxəssisin fəaliyyətindən narazıdır. Komandanın Çempionlar Liqasında mübarizəni dayandırması onun gələcəyini sual altına alıb. Lakin Karlo ilə bağlı yekun qərar verilməyib. İspaniya kubokunun finalı bu məsələdə böyük rol oynaya bilər. Komanda titulu qazanmasa, Ançelottinin istefaya göndərilməsi dəqiqləşə bilər.

"Real" İspaniya çempionatının turnir cədvəlində ikincidir. Komanda 31 görüşdə 66 xal toplayıb. “Barselona” 70 xalla birinci yerdədir.

65 yaşlı Karlo 2021-ci ildən "Real"a rəhbərlik edir. O, 2013-2015-ci illərdə komandanı çalışdırıb. Madrid təmsilçisi Ançelotti ilə 2 dəfə İspaniya çempionu (2021/2022, 2023/2024) və 3 dəfə Çempionlar Liqasının qalibi olub (2013/2014, 2021/2022 və 2023/2024).

Xəbər lenti