Bu ölkə də Ukraynaya muzdlu əsgərlər göndərir
Danimarka pilotsuz təyyarələrdən istifadə edərək "müasir münaqişəni" öyrənmək üçün Ukraynaya muzdlu əsgərlər göndərməyi planlaşdırır.
Gundem.az xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının baş komandanı Piter Boyesen bildirib.
Onun sözlərinə görə, Danimarka qoşunları Ukraynanın qərbində pilotsuz təyyarələrin taktikası üzrə təlimlərdə iştirak etmək üçün yerləşdiriləcək. "Biz bir neçə komanda göndəririk. Onlar ora müharibədə fəal iştirak etmək üçün getmirlər", - Boyesen deyib.
Bildirilir ki, təlim bir-iki həftəlik kurslar şəklində aparılacaq və bu ilin yayında başlaya bilər. /Publika.az