İranda limanda partlayış: 50-yə yaxın yaralı var
İranın cənub bölgəsində yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərində güclü partlayış qeydə alınıb.
Gundem.az mediasına istinadən xəbər verir ki, insident Şəhid Rəcai limanında baş verib.
İlkin məlumatlara əsasən, partlayış limanda saxlanılan ammonyak maddəsi olan konteynerin partlaması nəticəsində baş verib. Partlayışın təsir dairəsi geniş olub, nəticədə azı 47 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda hadisə yerinə çoxsaylı təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Rəsmi qurumlar tərəfindən insidentlə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.