Image

Ukraynaya göndərilən Britaniya hərbçiləri döyüşməyəcək

Ukraynaya göndərilən Britaniya hərbçiləri ukraynalı əsgərlərə təlim keçəcək, lakin döyüşməyəcək.

Gundem.az xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.

“Böyük Britaniyanın müdafiə naziri Con Hili təsdiqləyib ki, Ukraynaya göndərilən Britaniya kontingenti döyüş əməliyyatlarında iştirak etməyəcək və əsas diqqəti ordu qüvvələrinin təliminə, eləcə də onların döyüş qabiliyyətinin bərpasına yönəldəcək. Qoşunlar Ukraynanın qərbində, cəbhə xəttindən uzaqda yerləşdiriləcək. Həmçinin Kral Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən Ukrayna hava məkanına və ərazi sularına dəstək də planlaşdırılır”, - qeyd olunub.

Xəbər lenti