Trampın Qəzza bəyanatı: Çox pis hadisələr baş verir
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfərinin sonuncu dayanacağı BƏƏ-də mətbuat konfransında Qəzza məsələsinə toxunub.
Gundem.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, Tramp İsrailin sıx hücumu altında olan və humanitar yardıma icazə vermədiyi üçün böhran yaşayan Qəzza haqqında danışıb.
"Bununla məşğul olmalıyıq. Çox insan aclıqdan ölür. Çox pis hadisələr baş verir", - deyə o qeyd edib. /Publika.az