Image

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

"Real"ın yarımmüdafiəçisi Luka Modriç, böyük ehtimalla bu yay klubu tərk edəcək.

Gundem.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Xorvatiyalı futbolçu bu həftəsonu komandadan ayrıldığını rəsmən elan edəcək. Mənbə bildirir ki, 39 yaşlı futbolçu və Madrid klubu yeni müqavilə barədə razılığa gələ bilməyiblər.

Modriç 2012-ci ildən "Real"ın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 55 oyunda iştirak edib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib. /Publika.az

Xəbər lenti