Image

NATO Rusiya sərhədində PUA buraxacaq

İyun ayında NATO ilk dəfə olaraq Finlandiya ərazisindən “RQ-4D Phoenix” kəşfiyyat PUA-larını buraxacaq.

Gundem.az xəbər verir ki, bu barədə “Yle” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sınaq buraxılışları bir neçə həftə ərzində ölkənin cənub-qərbindəki Pirkkala aviabazasında baş tutacaq:

“Hazırda lazımi infrastruktur qurulur. NATO PUA-ların Finlandiya ərazisindən buraxılmasında maraqlıdır, çünki bu, Norveç dənizi də daxil olmaqla şimal bölgələrində daha uzun uçuşlara imkan verəcək”.

Qeyd edək ki, ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsal etdiyi “RQ-4D Phoenix” kəşfiyyat PUA-sının uçuş məsafəsi 16 min kilometrdir. Onlar 18 kilometr hündürlüyə qalxa və eniş etmədən 30 saatdan çox avtonom uçuşda qala bilər.

Xəbər lenti