Linkolnun qanlı əlcəkləri 1,5 milyona satıldı
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun qana bulaşmış əlcəkləri Çikaqoda hərracda 1,5 milyon dollara, cib dəsmalı isə 826 min dollara satılıb.
Gundem.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.
“Bu əşyalar 1865-ci il aprelin 14-də öldürüldüyü gecə Linkolnun cibində olub. Hərracda həmçinin Linkoln sui-qəsdində şübhəli bilinən üç şəxsin fotoşəkillərini əks etdirən “Axtarılır” posteri də 762 min dollara satılıb”, - məlumatda qeyd olunub.