Millimiz Bakıda məğlub oldu
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisi Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində ilk oyununa çıxıb.
Gundem.az xəbər verir ki, B qrupunda mübarizə yığma Kanada ilə üz-üzə gəlib. Görüş rəqibin 22:7 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda növbəti görüşünü bu gün Böyük Britaniyaya qarşı keçirəcək. Matç saat 20:55-də başlayacaq.