Image

Arda Gülərin arzusu ürəyində qaldı: "Real" Mbappeni ondan üstün tutdu

“Real”ın hücumçusu Kilian Mbappe növbəti mövsümdə forma nömrəsini dəyişə bilər.

Gundem.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Madrid klubu fransalı futbolçuya Luka Modriçin gedişindən sonra boş qalan 10 nömrəli formanı təklif edib. Mbappe “qalaktikos”dakı ilk mövsümündə son olaraq həmyerlisi Karim Benzemaya məxsus olan 9 nömrəli formanı geyinmişdi. Mənbənin yazdığına görə, oyunçu klubun təklifinə müsbət yanaşıb və böyük ehtimalla bu nömrəni qəbul edəcək.

Qeyd edək ki, Arda Gülər də 10 nömrəli formanı geyinmək arzusunda olub. O, Modriçin gedişindən sonra bu istəyinə nail olacağına ümid edirdi. Lakin “Real” rəhbərliyi onun əvəzinə bu nömrəyə Kilianı layiq görüb.

Yeni başa çatan mövsümdə Mbappe La Liqanın ən sərrast futbolçusu olub. 34 qolla bombardirlik yarışında qalib olub və “Qızıl buts”a sahib çıxıb. Onun yeganə komanda titulu isə 2024-cü ilin yayında qazanılmış UEFA Superkuboku olub.

Xəbər lenti