Peskov: Avropa Rusiyaya qarşı müharibədə iştirak edir
Avropa Kiyevə silah verməkdə davam edir və bununla da dolayısı ilə Rusiyaya qarşı müharibədə iştirak edir.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Avropanın silah tədarükü davam edir və bu, Rusiyaya qarşı müharibədə dolayı iştirakdır. Biz hamımız “Avropa kontingentinin” meydana çıxma ehtimalı ilə bağlı davam edən müzakirələrin şahidi oluruq. Təbii ki, avropalıların bu cür davranışı heç bir halda sülh yolu ilə nizamlanmaya kömək etmir”, - o bildirib.