Image

Ronaldo “Əl-Nəsr”dən ayrılacağına işarə etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılacağına işarə edib.

Gundem.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı portuqaliyalının "Əl-Fateh"ə qol vurduğu, lakin komandasının məğlubiyyətə uğradığı (2:3) Səudiyyə Ərəbistanı çempionatının son turunun oyunundan sonra o, “Instagram”da sirli paylaşım edib.

"Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hamınıza təşəkkür edirəm", - Ronaldo yazıb.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda "Əl-Nəsr"in futbolçusu olub və 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun Səudiyyə klubunda maaşı ildə 200 milyon dollardır.

Kriştiano bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Əl-Nəsr” (70 xal) Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad” (83 xal) və “Əl-Hilal”dan (75 xal) sonra üçüncü yeri tutub. Ronaldo 25 qolla turnirin bombardiri olub.

Stefano Piolinin yetirmələri növbəti mövsümdə Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Xəbər lenti