İran şaquli qalxıb-enən yeni PUA-larını təqdim etdi
İranın Zahidan şəhərindəki PUA və Aviasiya bazasında “Hüma”, “Dideban” və “Şahin-1” şaquli qalxma və enmə PUA-ları nümayiş etdirilib.
Gundem.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu PUA-lar şaquli şəkildə qalxma və enmə qabiliyyətinə görə ənənəvi dronlara nisbətən əhəmiyyətli üstünlüklərə malikdir. Bu PUA-lar uçuş-enmə zolaqlarına, raket gücləndiricilərinə, buraxılış borularına, nəqliyyat platformalarına və ya digər avadanlıqlara olan ehtiyacı aradan qaldırır.
Dronlar qapalı məkanlarda və ya ənənəvi uçuş və enişin qeyri-mümkün olduğu yerlərdə, məsələn, şəhərdə, dağlıq ərazilərdə və ya dənizdə digər PUA-lardan daha üstündür.