Image

ABŞ viza yoxlamasına başladı: Harvardda nə baş verir?

ABŞ Dövlət Departamenti Harvard Universiteti ilə əlaqəli bütün əcnəbilərin - təkcə tələbələrin deyil, həm də əməkdaşların vizalarını nəzərdən keçirməyə başlayıb.

Gundem.az xəbər verir ki, bu barədə CNN departamentin üç yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ hökuməti daha əvvəl Harvard Universitetinin əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırmağa cəhd edib. Hesab olunur ki, Harvard fələstinlilərin hüquqlarını müdafiə edən və Qəzza zolağında İsrailin hərbi əməliyyatlarına qarşı çıxan fəallara görə yəhudi tələbələrin təhlükəsizliyini tam təmin edə bilməz.

Buna cavab olaraq universitet Massaçusets ştatının Boston şəhərindəki federal məhkəmədə iddia qaldırıb. Hakim ABŞ administrasiyasının universitetə ​​xaricdən tələbə qəbulunu qadağan edən qərarını əngəlləyib. Müvəqqəti qadağa hökumətin əcnəbilərin ABŞ-da təhsil alması üçün universiteti attestasiyadan məhrum etməsinə mane olur.

Bundan sonra ABŞ administrasiyası xarici vətəndaşlar üçün ABŞ tələbə vizası üçün yeni müsahibələri dayandırıb. /Publika.az

Xəbər lenti