Image

Ana buna görə qızını 1100 dollara satdı - FOTO

Cənubi Afrikalı Kelli Smit adlı qadın gözü və dərisinə görə altı yaşlı qızını satıb.

Gundem.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin fevralında yoxa çıxan qız hələ də tapılmayıb.

Qızın anası və onun 3 dostu məsələdə şübhəli bilinib. Məhkəmə prosesi davam edərkən Kelli Smit qızının gözləri və dərisi üçün axtarıldığını, onu 1100 dollara ənənəvi müalicəçiyə satdığını etiraf edib.

Ana ilə birlikdə 4 şəxs adam oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilib. /Publika.az

Xəbər lenti