Image

Ankarada qızlar yataqxanasında lift qırıldı - VİDEO

Türkiyənin paytaxtı Ankarada lift qəzası baş verib.

BAKU.WS Türkiyə  mediasına istinadən xəbər verir ki, hadisə "Çubuk" qızlar yataqxanasında qeydə alınıb.

Məlumata görə, içində tələbələri olduğu liftin əyləc sistemlərində nasazlıq yaranıb və lift 3-cü mərtəbədən mənfi 1-ci mərtəbəyə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, tələbələr yataqxana işçiləri tərəfindən liftdən çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti