Zəngəzur dəhlizini unudun... - Simonyan
Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq.
Gundem.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib:
“Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.