Image

MY dünyanın ən yaxşı qapıçısını hədəfə aldı: 47 milyonluq plan

"Mançester Yunayted" dünya çempionu, "Aston Villa"nın 32 yaşlı qapıçısı Emiliano Martinesi 47 milyon avroya transfer etmək imkanını nəzərdən keçirir.

Gundem.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, danışıqlar ilkin mərhələdədir. Martines özü də "Mançester Yunayted"ə keçməyə maraqlı olduğunu deyib. Birmingem klubu isə qapıçının istəyini nəzərə almağa hazırdır.

Qeyd olunur ki, "qırmızı şeytanlar" hələ də əsas qapıçı Andren Onananın əvəzləyicisi ilə bağlı yekun qərar verməyiblər.

Martines "Aston Villa"ya 2020-ci ilin payızında "Arsenal"dan keçib. O, geridə qalan mövsümdə bütün turnirlərdə 53 oyunda iştirak edib və onlardan 16-da qapısını toxunulmaz saxlayıb. Eyni zamanda FİFA tərəfindən 2024-cü ilin ən yaxşı qapıçısı seçilib.

Xəbər lenti