Görün Messi Ronaldo haqda nə dedi: Dost deyilik...
Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi uzun illərdir əzəli rəqibi sayılan Kriştiano Ronaldoya münasibətindən danışıb:
Gundem.az xəbər verir ki, o, hazırda "Əl-Nəsr"də çıxış edən portuqaliyalı forvard barədə bu sözləri deyib: "Ronaldoya hörmət edirəm və onun karyerasına heyranam. O, hələ də ən yüksək səviyyədə çıxış edir. Aramızdakı rəqabət həmişə yalnız meydanda olub. Hər birimiz komandamıza uğur qazandırmaq istəyirdik. Bu münasibət heç vaxt meydandan kənara çıxmayıb. Həyatda biz sadə insanlarıq. Dost deyilik, birlikdə vaxt keçirmirik, amma bir-birimizə həmişə hörmətlə yanaşmışıq".