Image

Yanaraq yerə çırpılan hava şarında turistlərin dəhşətli anları - VİDEO

Xəbər verdiyimiz kimi, Braziliyada 22 nəfərin olduğu hava şarı yanaraq yerə çırpılıb. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, yaralılar isə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı 12 nəfər itkin düşüb və axtarışları davam etdirilir.

Gundem.az xəbər verir ki, hadisənin baş verdiyi anları əks etdirən yeni görüntülər yayılıb.

Turistlərdən biri son anlarını mobil telefonu ilə qeydə alıb.

Gundem.az həmin qorxu dolu anların videomaterialını təqdim edir. /Milli.Az

Xəbər lenti