"Liverpul" onu "Bayer"ə satdı: Bu qiymətə
"Liverpul"un mərkəz müdafiəçisi Carrell Kuansa Leverkuzen "Bayer"inə transfer olunub.
Gundem.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ingilis futbolçuyla 5 illik müqavilə imzalanıb.
Transfer məbləği açıqlanmasa da, KİV-in məlumatına görə, "Bayer" bu keçid üçün 35 milyon avro əsas, 5 milyon isə bonus şəklində ödəniş edəcək. "Liverpul"un oyunçunu geri alma hüququ da var. Bu maddə 2027-ci ilin yayından etibarən qüvvəyə minəcək və 60 milyon avro təşkil edəcək.
Kuansa "Liverpul" akademiyasının yetirməsidir. 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Bristol Rovers"də keçirib. 2024/25 mövsümündə isə "Liverpul"un heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Qeyd edək ki, bu, yay fasiləsində "Liverpul"la "Bayer" arasında baş tutan ikinci səs-küylü transferdir. /Publika.az