Image

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Ukrayna Silahlı Qüvvələrinin (AFU) keçmiş baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnı ABŞ-dan istismardan çıxarılmalı olan köhnəlmiş raketləri Ukraynaya təhvil verməyi xahiş edib.

Gundem.az xəbər verir ki, bu barədə Ukraynanın “Novyny.LIVE” nəşri "Telegram" kanalında məlumat yayıb.

“Hazırda ABŞ-da köhnəlmiş raketlərin əhəmiyyətli sayda ehtiyatları var ki, onların Ukraynaya ötürülməsi effektiv həll yolu ola bilər”, - deyə keçmiş baş komandan bildirib.

Zalujnı əlavə edib ki, bu raketlərin əksəriyyəti yaxın 25 ildə istifadə üçün nəzərdə tutulub. Və ABŞ yeni silah növünə keçdiyi üçün o, köhnə silahların Ukrayna Silahlı Qüvvələrinə veriləcəyinə ümid edir. /Publika.az

Xəbər lenti