Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır
1960-cı illərdə Türkiyənin Burdur bölgəsindəki qədim Bubon şəhərindən qaçaqmalçılıq yolu ilə çıxarılan Roma imperatoru Mark Avrelinin tunc heykəli ABŞ-dan geri qaytarılacaq.
Gundem.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Heykəl uzun illər müxtəlif kolleksiyalarda saxlanılıb, son olaraq ABŞ-ın Klivlend İncəsənət Muzeyində olub. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində heykəlin vətənə qaytarılması üçün hüquqi prosedurları tamamlayıb.
Heykəl yaxın günlərdə Türk Hava Yollarının xüsusi reysi ilə Ankaraya gətiriləcək.