Image

"Real" onu 3 milyon avroya satdı

İspaniyanın "Real Madrid" klubu futbolçusu Yussef Enrikesi satıb.

Gundem.az Teleqraf-a istinadla xəbər verir ki, 19 yaşlı mərakeşli oyunçu "Alaves"ə keçib.

Vitoriya-Qasteys təmsilçisi sol cinah müdafiəçisi ilə 4 illik müqavilə bağlayıb. "Transfermarkt" portalının məlumatına görə, Enrikenin keçidi “Alaves”ə 3 milyon avroya başa gəlib.

Qeyd edək ki, Yussef Enrikes ötən mövsüm "Real Madrid"in gənclərdən ibarət komandasında 35 oyun keçirib. O, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbər lenti