Ukraynalı deputat faciəvi şəkildə həlak oldu - FOTO
Ukrayna Ali Radasının deputatı, "Səs" partiyasının üzvü Yaroslav Rusçişin motosiklet qəzası nəticəsində həyatını itirib.
Gundem.az Vesti.az-a istinadla xəbər verir ki, hadisə zamanı deputat motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və digər nəqliyyat vasitəsi ilə toqquşub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, orada vəfat edib.
Qeyd edək ki, Yaroslav Rusçişin təkcə siyasətçi deyil, həm də Ukrayna şou-biznesində tanınmış prodüser kimi fəaliyyət göstərib. O, "Ölü mahnı", "Şanuvalnıkov çay klubu", "Dziga caz kvarteti" kimi musiqi layihələrinin prodüseri olub. Eyni zamanda, məşhur "Okean Elzy" qrupunun və müğənni Ruslananın ilk layihələrində də yaxından iştirak edib.
Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.
Fidan Milli.Az
Məqaləyə dair fotomateriallar: