Image

İki nəfəri ilan sancdı - Vəziyyətləri ağırdır

Azərbaycanda iki nəfəri ilan sancıb.

Gundem.az xəbər verir ki, hadisə Şəki və Ağsuda qeydə alınıb.

Belə ki, Ağsu rayonunun Curuxlu kənd sakini 17 yaşlı Eyyubov Emin Heybet oğlunu ilan sancıb. O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Şəkidə isə rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Zamanov Cəlil Səməd oğlu yaşadığı evin həyətyanı sahəsində işləyərkən sağ əlindən ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Lakin onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Xəbər lenti