Image

Ukraynadan gözlənilməz hücum

Ukrayna Silahlı Qüvvələrinin desantçıları Donetsk vilayətində iki yaşayış məntəqəsini azad edib. 

Gundem.az bizim.media-ya xəbər verir ki, Rusiya ordusu hücum nəticəsində ciddi itkilər verib.

Məlumata görə, Desant-Hücum Qoşunlarının bölmələri Zolotoy Kolodets və Petrovka kəndlərini azad ediblər.

79-cu Tavriya desant-hücum briqadası və 82-ci Bukovina desant-hücum briqadasının məlumatına əsasən, bölmələr uğurlu hücum əməliyyatları həyata keçirib.

“Ruslar canlı qüvvə, texnika və silah-sursat baxımından əhəmiyyətli itkilər verib. Bir qrup rus hərbçisi əsir götürülərək mübadilə fonduna təhvil verilib”, – desant hücum qoşunlarından bildirilib. Xatırladaq ki, bundan əvvəl Ukrayna qoşunlarının Sumı vilayətinin sərhəd zonasında yerləşən Andreyevkanı azad etdiyi və Pokrovski istiqamətində irəlilədiyi haqda məlumat yayılmışdı.

Xəbər lenti

Kiyevdə matəm elan edilib