Image

İki bacı dəm qazından zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Gundem.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib.

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq