Image

Yaşlı qadın köməksiz vəziyyətdə qaldı - VİDEO

Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gundem.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub. 

Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

"Brent" neft ucuzlaşıb

ADY yay qrafikinə keçir