Image

Biləsuvarda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Biləsuvar rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakinləri - 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Sabahın hava proqnozu

Azərbaycan nefti bahalaşıb