Image

Təhsilini səhhətinə görə dayandıran tələbə vəfat etdi - FOTO

Azərbaycanda tələbə vəfat edib.

Gundem.az xəbər verir ki, Azərbaycan Texnologiya Univeristetinin tələbəsi Sadıqov Nicat Samid oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bildirilib ki, Nicat səhhəti ilə əlaqədar ötən ildən – III kursdan təhsilini dayandırmışdı.

Qeyd edək ki, Nicat Sadıqov 6 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olub, 2018-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirərək, subbakalavr kimi Azərbaycan Texnologiya Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul olub.

Turqut Seyidov

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq