Tərtərdə avtomobil ağaca çırpılıb, ölən var
Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var. BAKU.WS report-a istinadən xəbər verir ki, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws