Image

Azərbaycanda əməkdar artist vəfat etdi - FOTO

Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib.

O sosial şəbəkə hesabında Şəfiyeva ilə fotosunu paylaşaraq onun ünyasını dəyişdiyini bildirib:

"Fikir, əsəb onu xəstəxanalıq etmişdi. Necə müddətir ki vəziyyəti çox ağır idi Gülçöhrə xanıma nəinki ölüm, heç xəstəlik belə yaraşmırdı. Təəssüf ki, bu gün əlimizdən onun ruhuna dualar etməkdən başqa heç nə gəlmir. Bütün gecə doğmaları dua etdi. Hər bir həkim, tibb baçıları onun sağalacağına inanırdılar. Amma möcüzə baş vermədi. Allah sənə rəhmət eləsin, Gülya xanım. Yerin cənnət olsun!"

Aparıcı onu da qeyd edib ki, mərhumun dəfn mərasimi bu gün saat 12:00-da olacaq.

Xatırladaq ki, Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakıda doğulub. 1994-cü ildən Heydər Əliyev Sarayının baş rejissoru olub. 2018-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq