Image

Yevlaxda qəza: Xəsarət alanlar var

Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq