Çağırışa gedən təcili yardım avtomobilinin üzərinə ağac düşüb - FOTO
Küləklə bağlı dünən axşam saatlarından indiyə kimi 25 çağırış olub.
Bunu Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin növbətçi həkimi Bəxtiyar Hadiyev apa-ya bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki günlərlə müqayisədə bir neçə dəfə çoxdur.
Qeyd edək ki, Lənkəranda külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Avtomobilə ziyan dəyib.
BAKU.WS


Mənbə: baku.ws