Image

Ağdamda minaya düşən ANAMA-nın əməkdaşı ilə bağlı YENİ XƏBƏR

Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

Gundem.az xəbər verir ki, ona tibbi yardım göstərilib, sonra Bakı şəhərinə aparılacaq.

İlkin məlumata görə, ANAMA əməkdaşı sol ayağının daban nahiyəsindən xəsarət alıb. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

Məlumat üçün bildirək ki, Zaur Mahmudov əslən Qazax rayonundadır və üç ildən artıqdır ki, ANAMA-da çalışır.

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq