Image

Gəncədə ölümlə nəticələnən hadisə baş verdi

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gundem.az report.az-a istinadən xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.

Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti