Image

Yad cisim udan 4 aylıq körpə belə xilas edildi - FOTO

Sumqayıtda yad cisim udan 4 aylıq körpə xilas ediib. 

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Elnur Hidayətoglu məlumat yayıb.

Bildirib ki, yad cisim Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində körpənin orqanizmindən çıxarılaraq onun həyatı xilas edilib.

Körpə xəstəxanaya yeni çatdırılan zaman ona həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyat edilib. Əməliyyatı uğurla başa çatan  körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hazırda onun vəziyyəti stabildir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti