Image

Bakıda güclü külək 27 ağacı aşırdı - FOTO

Bakı şəhərinin müxtəlif ərazilərində 27 ədəd ağac aşması müşahidə olunub.

Bu barədə Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, birliyin əməkdaşları tərəfindən fəsadlar operativ olaraq aradan qaldırılıb.

Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.

Küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti