MN: "Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır"
Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.
Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir.
BAKU.WSMənbə: baku.ws