Image

Sumqayıtda zəncirvari qəza olub, yaralılar var

Sumqayıtda “Toyota Prius”, “Mercedes” və “ Nissan” markalı avtomobillər toqquşub.

Gundem.az  verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az) 

Mənbə: gundem.az

Xəbər lenti