Image

Cəlilabadda iki azyaşlı qız kanalda boğulub, araşdırma aparılır - TƏFƏRRÜAT

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2019-cu il təvəllüdlü Abdullayeva Nərmin Vüsal qızı və bacısı 2016-cı il təvəllüdlü Abdullayeva Leyla Vüsal qızıdır.

Bədbəxt hadisə bacıların evlərinin qarşısından keçən Cənubi-Muğan kanalında baş verib.

İlkin ehtimala görə, ehtiyatsızlıqdan əvvəlcə kiçik bacı kanala düşüb. Daha sonra böyük bacısı onu çıxarmağa kömək edən zaman o da boğulub.

Gundem.az-ın  sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.  (Report.az) 

Mənbə: gundem.az

Xəbər lenti