Image

"Real"ın yeni ulduzu: Gecə klublarına nifrət edirəm

"Real"la lə müqavilə imzalayan "Palmeyras"ın hücumçusu Endrik həyatından danışıb.

Gundem.az xəbər verir ki, 17 yaşlı ulduz futboldankənar məsələlərə diqqətini yayındırmadığını söyləyib.

“Şənliklərə və gecə klublarına getməyə nifrət edirəm. Mən münaqişələrə girməyi sevmirəm. İmicimi ləkələyən şeylər etməyi xoşlamıram. Mən yalnız bir idmançı kimi gələcəyimə fikir verirəm, başqa heç nə maraqlı deyil”.

Qeyd edək ki, ki, “Real” ötən ilin dekabrında 16 yaşı olan zaman Endrikə görə Braziliya klubuna 35+25 milyon avro ödəyib. Bu transfer 18 yaşa qədər futbolçular üçün ən bahalı transfer kimi tarixə düşüb. Endrik 18 yaşı tamam olan kimi Madrid klubuna qoşulacaq.

Mənbə: gundem.az

Xəbər lenti