Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü
Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Gundem.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyadanı vuraraq öldürüb.
Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az