Image

Ötən il avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb

Ötən il avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb.

Gundem.az-ın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 29-da Corat bağlarında baş verib.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyada, 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi vurub. Yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, 4 gün sonra ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu