Yaponiyada güclü zəlzələdə ölən və xəsarət alanlar var
Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.
Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilməyib.
Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.
Gundem.az xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.
Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.
Qeyd olunub ki, faktlar toplanılır və dəqiqləşdirilir.
Mənbə: gundem.az