Bakıda vəkil özünü kollegiyanın qarşısında yandırdı - FOTO
Vəkil Zaur Məmmədov intihar edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərir.
BAKU.WS

Mənbə: baku.ws