Cəlilabadda ağır qəza: yaralılar var
Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Gundem.az xəbər verir ki, yaralıların hamısı rayon sakinləridir.
İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyeva xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə: gundem.az