Image

6 otaqlı ev yanaraq kül oldu

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Gundem.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu